Azərbaycan internet mediasına daha bir iddialı sayt qoşulub.
Qaynar.info-nun verdiyi xəbərə görə Xeber365.com ünvanında fəliyyətə başlayan yeni saytın təsisçisi və rəhbəri Anar Əsədlidir.
Tərəfsiz və peşəkar prinsiplər əsasında fəaliyyət göstərəcəyini bəyan edən saytda Gündəm, İş dünyası, Texnologiya, İdman, Art+Şou və Güney Azərbaycan bölmələri fəaliyyət göstərir. Bundan əlavə, saytda müsahibələr, reportajlar və xüsu8si layihələr də yer alır.
Saytın köşə yazarları arasında Şahin Əhmədoğlu, Aygün Aslanlı, Rəşad Ergün, Vasif İsmayıl, Aynur Elgünəş, Fehruz Şamiyev və başqalarının imzaları var.
Saytın rəhbəri Anar Əsədli yazdığı köşə yazısı ilə oxuculara səslənib:
"Bizi oxuyacaq bütün insanlara səslənmək istəyirəm. Bu layihənin profesionallığı da, obyektivliyi də, uzun ömürlülüyü də sizlərdən asılıdı. Bu sayt hər kəsindi. Bizim məqsədimiz insanlarımıza doğru xəbərlər çadırmaq və bu sektorda marka olmaqdır.
Marka olmaq davranışlarla, verilən əməklə, çalışmaqla, insanların sayğısını, sevgisini qazanmaqla mümkündü, sadəcə reklamdan ibarət deyil. Biz dostlarımızın sosial şəbəkələrdə paylaşdığı statusların xaricində heç bir reklam qurmadıq. Bu gün bu sətirləri oxuyursunuzsa, deməli, biz “edəcəyik” deyənlərdən deyilik, “etdik” deyənlərdənik".
Həmkarlarımıza uğur arzulayırıq.
Qaynar.info
Şərhlər