Kür çayının İmişlidən keçən hissəsində su artımı stabilləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"a İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov məlumat verib.
Onun sözlərinə görə, bu gün Kür çayının rayonun Ağamalılar, Məmmədli, Əlyetməzli və Telişli kəndlərindən keçən hissəsində su artımı stabilləşib.
"Çayda suyun səviyyəsi nə azalıb, nə də artıb. Mühafizə bəndləri olduğundan evlər üçün heç bir təhlükə yoxdur", - bələdiyyə sədri bildirib.
Qeyd edək ki, indiyə qədər Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalıb. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225, Məmmədli kəndində isə 16,62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.
15.00
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə rayonun Məmmədli bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.
Həmçinin daha əvvəl Əlyetməzli kəndində su altında qalan 35 hektar ərazi genişlənərək 215-ə çatıb, eləcə də 10 hektar bələdiyyə torpağı su altında qalıb.
Qeyd edək ki, Məmmədli kəndinə məxsus 5.62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi də suların təsirinə məruz qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir.
Şərhlər