Xəbər lenti

İmtahandan qayıdan şagirdlər qəzaya düşdü: 7 nəfər yaralandı
Ölkə 18:30 26.04.2026

İmtahandan qayıdan şagirdlər qəzaya düşdü: 7 nəfər yaralandı

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
"Report"un Muğan bürosunun məlumatına görə, Zopun kəndi ərazisində baş verən qəza zamanı "VAZ-2106" və "Lada" markalı minik avtomobilləri toqquşub.
 
Nəticədə yeddi nəfər xəsarət alıb. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.
--> -->