Əsl üzən şəhər sayılan "USS Abraham Lincoln” aviadaşıyıcısı təsəvvürə sığmayan həcmdə yanacaq ehtiyatı saxlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "WION” nəşri yazır.
Gəmini iki güclü nüvə reaktoru hərəkətə gətirsə də, bortda yerləşən aviasiya qrupunun uçuşları üçün tamamilə fərqli resurslar tələb olunur. Məqalədə qeyd edilir ki, "USS Abraham Lincoln” təxminən üç milyon qallon JP-5 aviasiya yanacağı daşıyır. Bu həcm gəmidə yerləşən 90 qırıcı təyyarənin fasiləsiz fəaliyyətini təmin etməyə kifayət edir.
Bu qədər yanacaqla işləmək böyük risk daşıdığından təhlükəsizliyə xüsusi diqqət yetirilir. Dəniz müharibəsinin ekstremal şərtləri üçün hazırlanmış JP-5 yanacağı 60 dərəcə Selsi kimi yüksək alışma temperaturuna malikdir ki, bu da gəmidə böyük yanğınların baş vermə ehtimalını xeyli azaldır.
Göyərtədə bu prosesə "bənövşəyi köynəklilər” cavabdehdir – onlar hər uçuşdan əvvəl təyyarələri yanacaqla təmin edən xüsusi təlim keçmiş dənizçilərdir.
Lakin bu gücün qiyməti çox yüksəkdir. Məlumatlara görə, aviadaşıyıcının yanacaq çənlərinin tam doldurulması ABŞ vergi ödəyicilərinə 10 milyon dollardan artıq başa gəlir. Bu məbləğ okeanın ortasında "polad quşların” fəaliyyətini təmin edən əsas resursun dəyəridir.
Aydın
Şərhlər