Xəbər lenti

Dünya 19:25 03.04.2024

Zaxarova bu açıqlamaları niyə səsləndirir? (ŞƏRH)

"Zaxarova belə açıqlamaları ilə Rusiyadakı erməni lobbisini sakitləşdirmək istəyir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə deyib.

Politoloqun sözlərinə görə, belə açıqlamalar Rusiya Azərbaycana qarşı hələ də qərəzli mövqedə olduğunu göstərir:
 


"Əslində məsələyə münasibətdə Rusiyanın belə davranacağı istisna edilmirdi. Belə ki, 44 günlük savaşdan sonra Azərbaycana qarşı belə təxribatların olacağı gözlənilən idi. Rusiya, hətta Qərb istəyir ki, Azərbaycanla Ermənsitan arasında yenidən müharibə alovlansın. Ermənistan ordusunun son zamanlar sərhəd bölgəsində cəmləşməsi də bunun işartıları idi. Ancaq bəllidir ki, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Həm də müharibə üçün motiv də yoxdur. Zaxarova bu sayaq açıqlama ilə sadəcə olaraq Rusiyadakı erməni lobbisini sakitləşdirməyi düşünüb. Həm də bununla Zaxarova Ermənistanın savaşda məğlub olmasının günahının Rusiya olması barədə ermənilər arasında son zamanlar geniş yayılmaqda olan əhval-ruhiyyəni puç etməyi qarşısına məqsəd qoyub. Son iki ildə Qərb Cənubi Qafqazdan, xüsusən də Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq siyasəti aparır. Bu oyunun da əsas iştirakçısı arxasında ABŞ-ın dayandığı Avropa Birliyidir. Bu mənada Zaxarovanın Ermənistanın məğlubiyyətinin günahını Qərbin üzərinə atmaqda məqsədi erməniləri Qərbə qarşı qaldırmağa çalışmaqdan ibarətdir”. 

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Zvezda” telekanalının efirində İrəvanın Qarabağı NATO-nun təsiri ilə Azərbaycana qaytardığını iddia edib:
"Guya deyirlər ki, İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT günahkardır. Belə insanları yalan danışmaqda ittiham edirəm”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->