Xəbər lenti

Zelenski azad edilən və işğalda olan yaşayış məntəqələrinin sayını açıqladı - RƏQƏMLƏR
Dünya 14:19 03.07.2022

Zelenski azad edilən və işğalda olan yaşayış məntəqələrinin sayını açıqladı - RƏQƏMLƏR

Ukrayna silahlı qüvvələri indiyədək mindən çox yaşayış məntəqəsini azad edib. Lakin daha 2,6 min yaşayış məntəqəsi Rusiyanın işğalı altındadır.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"1027 şəhər və qəsəbə azad edilib, daha 2610-u işğal altındadır. Rusiya ordusu onların yüzlərləsini tamamilə məhv edib", deyə Zelenski bildirib.

Bundan əlavə, Zelenski Ukraynanın müxtəlif bölgələrində onlarla şəhərin raket hücumlarına məruz qaldığını qeyd edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->