Xəbər lenti

Zəngəzur dəhlizinin taleyi necə həll olunacaq? (ŞƏRH)
Siyasət 19:22 30.08.2024

Zəngəzur dəhlizinin taleyi necə həll olunacaq? (ŞƏRH)

"Rusiya Zəngəzur dəhlizi məsələsində istəyinə nail ola bilməyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi məsələsinə toxunarkən deyib:

"Paşinyan ölkəsini Rusiyanın nəzarəti və təzyiqindən qurtaqmaq istəyirsə, Zəngəzur dəhlizinə nəzarətin Moskvanın əlinə keçməsilə razılaşmayacaq. Mövcud şəraitdə İrəvanın Rusiyanın istəyinə etiraz etməsinə imkanı da var. Çünki artıq Azərbaycanla razılaşıb ki, Zəngəzur dəhlizi məsələsi sülh gündəliyində yer almayacaq və sonrakı mərhələyə saxlanılacaq. Belədə həmin məsələdə veriləcək hər hansı bir qərar Paşinyandan asılıdır. İndiyə kimi, o qətiyyətlə bildirib ki, Zəngəzur dəhlizinə Rusiya nəzarət etməyəcək. Əraziyə Ermənistan gömrükçüləri və sərhədçiləri nəzarət edəcək”. 



Politoloq qeyd edib ki, Putin təzyiq etməklə heç nəyə nail olmayacaq:

"İndi Qarabağ məsələsi, daha doğrusu təzyiq vasitəsi yoxdur. Əvvəl isə Putin Qarabağı bəhanə etməklə Ermənistana təzyiq edirdi. Hazırda əksinə, Paşinyanın Rusiyaya təzyiq imkanı var. Sərhədçilərini, hərbi bazasını ölkədən çıxara bilər”. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində Bakıya səfərinin ardınca, əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla, bir neçə gün sonra isə Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. O da məlumdur ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı məsələyə son dövlər intensiv münasibət bildirir. Hansı ki, Kreml bütün addımlarında çalıır ki, Zəngəzur dəhlizinə 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq özü nəzarət etsin. Bu baxımdan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsi məsələsi Paşinyan hökumətinin bundan qaçmağa çalışmasına rəğmən heç də gündəmdən çıxmayıb. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->