Xəbər lenti

Neftçalada baş verən partlayışda xəsarət alan ikinci qardaş da öldü
Ölkə 20:09 29.05.2025

Neftçalada baş verən partlayışda xəsarət alan ikinci qardaş da öldü

Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.

APA-nın məlumatına görə, ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi - 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.

Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->