Bu ilki "Forbes" reytinqinə əsasən, dünyanın ən varlı adamı 342 milyard dollar sərvətə malik olan amerikalı İlon Maskdır.
Qaynarinfo xəbər verir ki, onun əsas rəqibləri isə həmyerliləri - Mark Zukerberq (216 milyard dollar) və Ceff Bezosdur (215 milyard dollar).
Ən varlı 10 şəxs:
1. İlon Mask - 342 milyard dollar
2. Mark Zukerberq - 216 milyard dollar
3. Ceff Bezos - 215 milyard dollar
4. Larri Ellison - 192 milyard dollar
5. Bernar Arno və ailəsi (Fransa) - 178 milyard dollar
6. Uorren Baffet - 154 milyard dollar
7. Larri Peyc - 144 milyard dollar
8. Sergey Brin - 138 milyard dollar
9. Amansio Orteqa (İspaniya) - 124 milyard dollar
10. Stiv Ballmer - 118 milyard dollar
Siyahının davamında isə ABŞ-dan Rob və Cim Volton ailələri qərarlaşıb - onların sərvəti müvafiq olaraq 110 və 109 milyard dollardır.
"Forbes" qeyd edir ki, reytinqə yalnız "təmiz kapitalı" olan şəxslər daxil edilir - yəni sərvətinin mənbəyi aydın şəkildə izlənilə bilən şəxslər.
İlk üçlüyün fəaliyyəti nədən ibarətdir?
İlon Mask - mühəndis, investor və ABŞ prezidenti Donald Trampın baş məsləhətçisidir. 1990-cı illərin sonunda qardaşı Kimbal ilə birlikdə Zip2 adlı proqram təminatı şirkətini qurub. Daha sonra X.com adlı internet bankı yaradıb və bu, "PayPal"ın bir hissəsinə çevrilib. "SpaceX" və "Tesl"a şirkətlərinin qurucusu və rəhbəridir. Eyni zamanda "OpenAI" və "Neuralink" şirkətlərinin də həmtəsisçisidir.
Mark Zukerberq - internet sahibkarı və media maqnatıdır. 2004-cü ildə Harvard Universitetində oxuyarkən "Facebook" sosial şəbəkəsini yaradıb. Daha sonra "Meta" şirkətini quraraq sosial platformanı idarə edən struktur yaradıb. 2007-ci ildə dünyanın ən gənc milyarderi olub.
Ceff Bezos - Amazon.com onlayn mağazasının təsisçisidir (1994). Daha sonra "Blue Origin" adlı aerokosmik şirkəti qurub. "The Washington Post" nəşrinin sahibidir.
Reytinqdəki digər milyarderlər barədə maraqlı faktlar:
Larri Ellison - "Oracle" proqram təminatı korporasiyasının təsisçisi və rəhbəridir.
Bernar Arno - LVMH adlı lüks brendlər konserninin rəhbəridir (Christian Dior, Louis Vuitton və s.).
Uorren Baffet - 11 yaşında birjada ilk qazancını əldə edib. 1965-ci ildə "Berkshire Hathaway" tekstil şirkətini alaraq onu böyük holdinqə çevirib. Sonradan ABŞ-ın ən böyük dəmir yollarından birini də alıb.
Larri Peyc - proqramçı, "Google"un təsisçilərindən biri, "PageRank" alqoritminin müəllifidir.
Sergey Brin - "Google" və "Alphabet Inc." şirkətlərinin həmtəsisçisidir.
Amansio Orteqa - həyat yoldaşı ilə birlikdə 1975-ci ildə ilk "Zara" mağazasını açıb. Daha sonra bu mağazalar şəbəkəsi Inditex korporasiyasına çevrilib.
Stiv Ballmer - 1980-ci ildən "Microsoft"da işləyib, 2000-2014-cü illərdə şirkətin baş direktoru olub.
Tarixin ən varlı adamı kim olub?
Bütün dövrlərin ən varlı adamı amerikalı Con Rokfeller hesab olunur. O, 1916-cı ildə ilk rəsmi dollar milyarderi adını alıb. 1937-ci ildə vəfat edərkən sərvəti 1 milyard 4 milyon dollar təşkil edib. "The New York Times"ın hesablamasına görə, bu məbləğ inflyasiya ilə birlikdə 2024-cü ildə 450 milyard dollardan çox olardı.
Aydın
Şərhlər