Yaponiyada tədqiqatçılar saniyədə 1,02 petabit (127 500 GB) həcmində məlumat ötürərək yeni internet sürəti üzrə dünya rekordu müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" portalı məlumat yayıb.
Bu sürət 10 minə yaxın 4K formatlı filmi və ya bütün "Wikipedia" ensiklopediyasını cəmi bir saniyəyə yükləməyə imkan verir. Bu göstəriciyə innovativ 19 nüvəli optik lif xətti sayəsində nail olunub.
"Interesting Engineering" qeyd edir ki, bu texnologiya artıq bir neçə ildir sınaqdan keçirilir, lakin indiyə qədər belə yüksək sürətlər yalnız 63 kilometr məsafədə mümkün olmuşdu. Yeni texnologiyada adi ölçülərə malik optik liflərdən istifadə olunub, lakin onların daxilində yalnız bir deyil, tam 19 kanal yerləşdirilib.
Bu nəticə laboratoriya şəraitində əldə olunsa da, tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəyin yüksək sürətli internet infrastrukturlarının inkişafına təkan verəcək. Belə ki, süni intellekt, 6G və virtual reallıq texnologiyalarının yayılması səbəbindən məlumat ötürmə həcmi kəskin artacaq.
Aydın
Şərhlər