Xəbər lenti

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)
Video 20:00 31.05.2025

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

Yəqin ki, bəzi melodiyaların əhval-ruhiyyəni dərhal yaxşılaşdırdığını, narahatlığı azaltdığını özünüz də hiss etmisiniz. Lakin xüsusilə effektiv sayılan bir musiqi əsəri var - bu, Britaniyanın "Marconi Union" qrupunun səkkiz dəqiqəlik instrumental "Weightless" adlı mahnısıdır. 

Qaynarinfo xəbər verir k, bu barədə "Parade" nəşri məlumat yayıb.

Alimlər tərəfindən aparılan elmi tədqiqat zamanı iştirakçılardan mürəkkəb tapmacaları mümkün qədər tez həll etmələri istənilib ki, bu da onların stres səviyyəsini yüksəltməli idi. Onlar üzərində ürək ritmini və qan təzyiqini izləmək üçün sensorlar quraşdırılıb. Tapşırıqları yerinə yetirərkən müxtəlif mahnılar səsləndirilib və məlum olub ki, iştirakçılar "Weightless" mahnısına qulaq asarkən onların narahatlıq səviyyəsi 65% azalır.

Nevroloq-konsultant Stiven Alderdin sözlərinə görə, bu mahnının stresi azaltmaq üçün bu qədər effektiv olmasının bir neçə səbəbi var:

"Əksər mahnılardan fərqli olaraq, 'Weightless' mahnısı səs terapiyası üzrə mütəxəssislərlə birgə hazırlanıb və məqsədi orqanizmin stressə reaksiyasını yavaşlatmaq olub".

Onun sözlərinə görə, mahnının tempi ilkin olaraq dəqiqədə 60 vuruşla başlayır ki, bu da sakit vəziyyətdə olan insanın ürək ritminə uyğundur. Daha sonra bu göstərici tədricən 50 vuruşa qədər azalır.

"Bu, az qala hiss olunmayan yavaşıma 'entrainment' adlı prosesi təşviq edir. Bu zaman dinləyicinin ürək ritmi və nəfəs alması tədricən musiqinin ritminə uyğunlaşır ki, bu da fizioloji dəyişiklik yaradaraq rahatlanmanı təmin edir", deyə Alder bildirir.

Məlum olduğu kimi, yavaş musiqi bədənin boşalmasına səbəb olur, məsələn, bu cür melodiyalar masaj zamanı səsləndirilir. Əksinə, sürətli ritmlər enerji verir və idman zallarında məşqlər zamanı səslənir.


"Weightless" mahnısında ritm, ton və səs gücündə qəfil keçidlər yoxdur. Bu isə olduqca vacibdir, çünki qəfil səs dəyişiklikləri beyni qorxuya sala bilər. 'Weightless' sabit eşitmə mühiti yaradır ki, bu da beyin stimullaşdırılmasını azaldır və sakitliyi təşviq edir", deyə nevroloq əlavə edir.

Əgər siz musiqidən stressi və ya narahatlığı azaltmaq üçün istifadə etmək istəyirsinizsə, Alder instrumental, yavaş tempə və proqnozlaşdırılan ritmə malik mahnılar dinləməyi tövsiyə edir.

"Biz sakitləşdirici musiqiyə qulaq asarkən, özünüdərk və narahatedici düşüncələrlə əlaqəli beyin zonası passivləşə bilər. Eyni zamanda, təhdidlərə reaksiya verən və stress cavabını işə salan badamvari cisim (amigdala) də passivləşir. Bunun əvəzində, ürək ritmini yavaşladan və rahatlanmanı təşviq edən parasimpatik sinir sistemi aktivləşir. Bu da yavaş nəfəsalma, əzələlərin boşalması və psixoloji rahatlıq hissi ilə nəticələnə bilər", deyə Alder vurğulayır.

Mütəxəssis əlavə edir ki, musiqi seçərkən şəxsi zövqlər də nəzərə alınmalıdır – sizi konkret olaraq nə sakitləşdirirsə, onu dinləmək daha faydalıdır. Ümumilikdə isə, əgər stress hiss edirsinizsə, Alder yüksək səslə səslənən və ya ritmi çox sürətli olan musiqidən uzaq durmağı tövsiyə edir. Belə musiqilər ürək döyüntülərini sürətləndirə və narahatlığı artır bilər:

"Hiss baxımından çox yüklənmiş və ya mənfi məzmuna malik musiqi mətnləri də güclü emosiyalar doğura bilər ki, bu da sakitləşmək istədiyiniz zaman əks təsir göstərə bilər".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->