Xəbər lenti

Paris-2024: Hidayət Heydərov  olimpiya çempionu oldu
İdman 20:46 29.07.2024

Paris-2024: Hidayət Heydərov  olimpiya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.


"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.


Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.


Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->