2022-ci ildə "Texnofest”in Azərbaycanda keçirilməsi bəzi qonşu ölkələrin qıcığına səbəb olub. Xatırladaq ki, innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərdən hesab olunan "Texnofest”in Azərbaycanda keçirilməsi ilə bağlı qərar hələ keçən il verilmişdi. "Texnofest” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin rəhbəri Səlcuq Bayraqdar o zaman qeyd etmişdi ki, bu festivalın Türkiyədən kənarda keçiriləcək ilk tədbiri məhz qardaş Azərbaycanda baş tutacaq. Beləliklə də, "Texnofest” bu il ilk dəfə olaraq Türkiyə sərhədlərindən kənarda – Azərbaycanda keçiriləcək.
"Texnofest” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün tədbirə dəvət edilmiş fondlarla əməkdaşlıq baxımından da əhəmiyyətli rol oynaya bilər. Digər tərəfdən isə bu festival dünyanın müxtəlif ölkələrindən olan gənclərin Azərbaycanı tanıması, ölkəmizin həqiqətləri ilə yerindəcə tanış olması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, "Texnofest” festivalı Azərbaycanla Türkiyənin birlik, bərabərlik, dostluq, qardaşlıq nümayişi məqsədi ilə keçirilən bir texnologiya festivalıdır:
"Bu festival çərçivəsində Azərbaycan və Türkiyənin pilotlu- pilotsuz vasitələrinin Bakı səmasında birgə ucuşlar həyata keçirsməsi Azərbaycana qarşı revanşist fikirlərdə olan, bizimlə düşmənçiliyə cəhd edən və rəqabət aparmağa meyilli olan qüvvələrə bir əzələ nümayişidir”.
Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır. Öz növbəsində "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar da bir neçə gün əvvəl tviterdəki hesabında Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib. Səlcuq Bayraktar paylaşımında "Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb.
Bahar Rüstəmli
Şərhlər