Ölkə 18:00 07.02.2023

Türkiyəyə necə yardım edə bilərik? - Deputat

"Hər bir Azərbaycan vətəndaşı imkanı çərçivəsində Türkiyə xalqına dəstək olmağa çalışır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilən yardım kampaniyasından danışarkən deyib. Deputat Azərbaycan vətəndaşlarının hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb: 

"Türkiyə qardaş ölkədir və artıq yardım kampaniyları başlayıb. İnsanlar Türkiyədə zəlzələdən əziyyət çəkən türk qardaşlarımıza, bacılarımıza, eyni zamanda dünyasını dəyişənlərin ailələrinə dəstək olmağa çalışırlar. Bu bir daha təsdiq edir ki, Azərbaycan dövləti, Azərbaycan vətəndaşları hər zaman Türkiyənin yanındadırlar. Azərbaycanın ilk olaraq Türkiyə yardım göndərməsi, dəstək olması da bunu bir daha təsdiq edir. Yardım fərqli formalarda ola bilər. Dövlət tərəfindən dəstək var, vətəndaşların özlərinin yardımları var. Vətəndaşlar birbaşa yardım həyata keçirirlər. Ödənişlər virtuallaşıb, Türkiyədə elan edilən yardım hesablarına dünyanın hər yerindən vətəndaşların yardım etməsi və dəstək olması imkanları var”.

Vüqar Bayramov fikirincə, çox sayda vətəndaşların bu kampaniyada iştirak etmək istədiyini nəzərə alsaq, yardımların bütövlükdə sistemləşdirilməsi ilə yanaşı, tam mərkəzləşdirilməsi indiki halda arzuolunan deyil:

"Çünki fərqli kanallar var, plastik kart vasitəsi ilə dəstək olmaq, ödəniş etmək mümkündür. Digər formada yardımlar həyata keçirilə bilir, o cümlədən Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsi ilə. Son hadisələr bir daha təsdiq edir ki, hər bir Azərbaycan vətəndaşının qəlbində Türkiyə sevgisi var və hər bir Azərbaycan vətəndaşı Türkiyənin dərdini dərdi kimi görüb, öz imkanları çərçivəsində Türkiyəyə dəstək olmağa çalışır”.

Qeyd edək ki, hazırda Bakıda və Naxçıvanda Türkiyə üçün yardımlar toplanır. Qardaş ölkəyə dəstək olmaq istəyənlər Bakıda Babək prospekti 27, "Doğtaş” mebel mağazasına üz tuta bilər. Həmçinin Türkiyənin Naxçıvandakı Baş konsulluğunda (Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 17) da yardım toplanır.

Bundan başqa vətəndaşlar zəlzələdən zərər çəkənlərə AFAD adından açılmış aşağıdakı hesab nömrələri vasitəsilə heç bir komissiya tutulmadan yardım edə bilərsiz:



Bahar Rüstəmli