Xəbər lenti

12 metr qanadı olan nəhəng uçan yərtıcılar kiçik balıq və kalamar yeyirmiş - Yeni kəşf
Dünya 23:35 25.10.2024

12 metr qanadı olan nəhəng uçan yərtıcılar kiçik balıq və kalamar yeyirmiş - Yeni kəşf

Pterozavrların müxtəlif növlərinin qidaları öz aralarında fərqlənirdi ki, bu da onlara yemək üçün çox rəqabət olmadan eyni yaşayış mühitində birlikdə yaşamağa imkan verirdi. 182 milyon il əvvəl yaşamış pterozavrların mədələrinin fosilləşmiş tərkibinin təhlili alimlərə onların yemək vərdişlərini öyrənməyə imkan verib. 

Qaynarinfo "İndependent"ə istinadən xəbər verir ki, alimlər qanadları 12 metrə çatan nəhəng uçan kərtənkələlərin kiçik balıq və kalamar ilə qidalandığını aşkar ediblər.

Portsmut Universiteti və Almaniyanın Ştutqart Dövlət Təbiət Tarixi Muzeyindən (SMNS) elm adamları "Journal of Vertebrate Paleontology" jurnalında dərc olunan araşdırmada erkən Yura dövrünə aid müasir cənub-qərb Almaniyanın ərazisində tapılan iki növ pterozavrın, dorignathus və campylognathoidesin qalıqlaşmış mədə tərkibini təhlil ediblər. 

Dorygnathusun son olaraq kiçik balıq yediyi, campylognathoidesin isə tarixdən əvvəlki kalamar ilə qidalandığı aşkar edilib.

Portsmut Universitetindən Dr. Samuel Kuper qeyd edib ki, campylognathoides əvvəllər mədəsində kiçik balıq sümükləri olan dorignathus kimi balıqla qidalandığı düşünülürdü.

Bununla belə, bu iki növ pterozavrın fərqli ovla qidalanması faktı dorignathus və campylognathoidesin iki növ arasında qida üçün çox rəqabət olmadan eyni yaşayış mühitində birlikdə yaşamasına imkan verib.

Bundan əvvəl Çində 80 milyon il yaşı olan dinozavr yumurtalarının indiyə qədər aşkar edilmiş ən kiçik qalıqları tapılmışdı. Alimlər yumurtaların Minioolithus ganzhouensis adlandırılan yeni dinozavr cinsinə və növünə aid olduğunu təsdiqləyiblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->