Xəbər lenti

Şəmkirdə avtomobil yolları nə qədər pul
Ekonomiks 17:59 25.10.2024

Şəmkirdə avtomobil yolları nə qədər pul "yeyir"?

Şəmkir Rayon İcra Hakimiyyəti avtomobil yollarının təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Göygöl Tikinti" MMC seçilib. 

Şirkət yolların təmiri üçün 1 339 546,41 manat təklif edib. Satınalma predmetinin ehtimal olunan qiyməti isə 1 350 253,74 manat müəyyənləşdirilib. Aydın olur ki, şirkət ehtimal olunan qiymətdən 10 707 manat aşağı qiymət təklif etməklə tenderi qazanıb. 

"Göygöl Tikinti" MMC 10 manatlıq nizamnamə kapitalı yaradılıb. Şirkətin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur. Şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 

Buna baxmayaraq, "Göygöl Tikinti" MMC dövlət satınalmalarında fəal iştirak edir və əsasən yerli icra hakimiyyətlərinin təmir-tikinti işləri ilə bağlı keçirdikləri iri məbləğli tenderlərin qalibi seçilir. 

Bu arada qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti ötən il də avtomobil yollarının təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi "KRB Projects" şirkəti seçilib. Şirkətin qiymət təklifi 1 267 325,64 olub. 

Bir il sonra Şəmkirdə yenidən avtomobil yollarının təmirinə zərurət yaranması anlaşılan deyil. 

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdir. O, 2021-ci ildən rayona rəhbərlik edir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->