Xəbər lenti

Ölkə 17:20 25.10.2024

"Mango"da gülüşə görə qadılar arasında dava: "Gənclik Mall"da başaldı, metroda bitdi

"Gənclik" metrostansiyasının yeraltı piyada keçidində qadınlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, davaya görə 1968-ci ildə Xaçmaz şəhərində anadan olmuş M.Gülçin saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi açılıb. 

Məlum olub ki, M.Gülçin övladı ilə "Gənclik Mall" ticarət mərkəzindəki "Mango" mağazasına alış-verişə gedib. Həmin mağazada C.Sülhiyyə və qızı da müştəri qismində olub. 

C.Sülhiyyə mağazada rənginə görə qeyri-adi formada olan bir şalvar görüb, qızı Fidana gülümsəyərək zarafat etməklə "gəl bu şalvarı sənə alım" deyib. Qızı da anasının bu sözündən gülməyə başlayıb.

M.Gülçin ana-qızın gülüşünə əsəbləşərək, onları söyməyə başlayıb. C.Sülhiyyə bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat verib. 

Mağazadan çıxan zərərçəkmiş şəxs və qızı "Gənclik" metrostansiyasının yeraltı piyada keçidinə daxil olsa da, təqsirləndirilən şəxs onları təqib edib. Yeraltı keçiddə M.Gülçin C.Sülhiyyənin üzərinə hücum edərək, üzünə şillə vurub, saçlarından tutaraq yerdə sürüyüb. 

Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan M.Gülçin barəsində cinayət işi açılaraq, iş məhkəməyə göndərilib. 

Məhkmənin qərarı ilə M.Gülçin aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->