Xəbər lenti

Mahir Emreli Almaniyada daha bir qol vurdu (VİDEO)
Ölkə18:41 25.10.2024

Mahir Emreli Almaniyada daha bir qol vurdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbacan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nurnberq” Almaniya ikinci Bundesliqasının hesabat turunda növbəti matçında çıxıb.

"Qafqazinfo” xəbər verir ki, Nurnberq təmsilçisi doğma azarkeşləri önündə "Reqensburq”u qəbul edib və rəqibini 8:3 hesabı ilə məğlub yola salıb.

Mahir Emreli isə qarşılaşmanın 23-cü dəqiqəsində qol vuraraq adını tabloya yazdırıb.

Bu qələbədən sonra xallarının sayını 16-ya yüksəldən "Nurnberq” turnir cədvəlində 7-ci pilləsinə qalxıb.

Qeyd edək ki, M.Emreli ötən tur da "Qroyter”lə matçda fərqlənmişdi.