Xəbər lenti

Rusiyada boşanmış ailələrin tələbə övladları aliment alacaq
Dünya 21:10 25.10.2024

Rusiyada boşanmış ailələrin tələbə övladları aliment alacaq

Rusiya Ədliyyə Nazirliyi boşanmış ailələrin 23 yaşına çatmamış övladlarına əyani təhsil aldıqları təqdirdə aliment ödəmək öhdəliyinin yaradılmasını təklif edib.


Qaynarinfo "İzvestiya" qəzetinə istinadəb xəbər verir ki, bu barədə oktyabrın 25-də nazirliyin saytında məlumat verilib.


"Təhsil yükünün səviyyəsini nəzərə alaraq, bir çox əmək qabiliyyətli uşaqlar təhsil proqramlarının hazırlanmasına xələl gətirmədən əmək fəaliyyətini həyata keçirə bilmirlər. Bununla əlaqədar, 23 yaşınadək yetkinlik yaşına çatmış uşaqların təhsil müəssisəsində əyani təhsil aldıqları halda aliment alması mümkündür”, deyə Ədliyyə Nazirliyindən bildirilib.


Bundan əlavə, nazirlik yetkinlik yaşına çatmış məktəb məzunların 19 yaşına çatmadıqları halda, təhsilini başa vurduğu ilin sentyabrın 1-dək alimentin alınmasına icazə verilməsini təklif edir.


Qanun layihəsi Ailə Məcəlləsinə və "İcraat haqqında” qanuna dəyişiklikləri nəzərdə tutur. Bundan başqa, Ədliyyə Nazirliyi üzrsüz səbəb olmadan alimentin ödənilməməsinə görə inzibati məsuliyyətin və bu normanın dəfələrlə pozulmasına görə cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edir.


Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->