Xəbər lenti

Dünya 17:45 25.10.2024

"Google" yaradıcısının keçmiş xanımı Tramp üçün çalışır

Texnologiya sahəsində sahibkar, hüquqşünas və model Nikol Şanahan Donald Trampın komandasında sağlamlıq eksperti olub. 

Qaynarinfo xəbər  erir ki, o, siyasətə bu yaxınlarda, "Google"un qurucularından biri Sergey Brindən boşandıqdan az sonra qədəm qoyub.

Trampın komandasında onun vəzifəsi ortodoks respublikaçı siyasətlərə şübhə ilə yanaşan qadınları onu dəstəkləmək üçün səfərbər etməkdir. Şanahan siyasi reklam çarxları çəkir və Demokratları (bir vaxtlar dəstəklədiyi) "əbədi müharibələr", "Orvel totalitarizmi" və "kommunist vergi siyasətləri" üçün tənqid edir. Bundan əlavə, o, alternativ təbabətin təbliğini və peyvəndlərə qarşı mübarizə aparır.

Güman edilir ki, Tramp seçkidə qalib gəlsə, Nikol Şanahan onun müşaviri ola, hətta kabinetdə yer ala bilər.

Qeyd edəl ki, Nikol Şanahan 26 sentyabr 1985-ci ildə Kaliforniyada anadan olub. O, Puget Sound Universitetini və Santa Clara Universitetinin Hüquq Məktəbini bitirib. Hüquq məktəbindən əvvəl o, müdafiə patent toplayıcısı "RPX Corp"da hüquqşünas, sonra isə patent mütəxəssisi kimi çalışıb\

Şanahan 2018-ci ildə "Google"un həmtəsisçisi Sergey Brinlə evlənib. Onlar 2021-ci ildə ayrılıb, 2023-cü ildə rəsmən boşanıblar. Birin və Şanhanın 2018-ci ildə doğulmuş bir qızı var. Onun Brinlə evliliyi nəticəsində 1 milyard dollardan çox sərvətinin olduğu bildirilir. 2019-cu ildə Şanahan insanın reproduktiv ömrünü uzatmaq üçün tədqiqatları təşviq edən "Bia-Echo" adlı şəxsi fond yaradıb.

Şanahan Sergey Brindən əvvəl - 2014-cü ildə San Fransisko Körfəz Bölgəsinin sərmayəçisi və maliyyə direktoru Ceremi Aşer Kranzla evlənib. Onlar 2011-ci ildə ayrılıblar. Kranz və Şanahan 2015-ci ildə boşanıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->