Xəbər lenti

NATO Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə necə cavab verəcək? - İki variant
Dünya 22:05 25.10.2024

NATO Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə necə cavab verəcək? - İki variant

Şimali Atlantika Alyansının Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Şimali Koreyadan Rusiyaya qoşun göndərməsinə potensial cavabı iki variantdan ibarət ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

Məsələ ilə tanış olan həmsöhbətlərin fikrincə, Şimali Koreya əsgərlərinin Rusiya Federasiyasına göndərilməsi ilə bağlı NATO-nun potensial cavabları məhduddur, lakin bu, Ukraynaya dəstəyin artırılması və Hind-Sakit okean regionunda tərəfdaşlıq əlaqələrinin qurulmasını əhatə edə bilər.

Mənbələr əlavə edib ki, Cənubi Koreya bazar ertəsi Şimali Atlantika Şurasının iclasında kəşfiyyat məlumatlarının bir hissəsini NATO nümayəndələrinə təqdim edəcək.

Qeyd olunur ki, minlərlə Şimali Koreyalının Ukraynadakı döyüş meydanına döyüş hissələri kimi yerləşdirilməsi artıq II Dünya müharibəsindən sonra Avropada ən irimiqyaslı münaqişənin genişlənməsi demək olardı. Bu, Cənubi Koreyanı Kiyevə daha çox birbaşa dəstək, o cümlədən öldürücü silahlar təklif etməyə vadar edə bilər.

Cənubi Koreya sənədlərinə əsasən, Şimali Koreya qoşunlarının Vladivostok, Ussuriysk, Xabarovsk və Blaqoveşenskdəki hərbi obyektlərdə təxminən bir aylıq təlimlərini başa vurduqdan sonra Rusiyanın Ukraynaya qarşı müharibəsinin ön xəttinə göndəriləcəyi ehtimal edilir.

Qeyd olunur ki, Kreml Şimali koreyalıları Rusiyanın Uzaq Şərq regionlarının sakinləri kimi təqdim etmək üçün onları silah və döyüş geyimləri, habelə saxta sənədlərlə təchiz etməyi planlaşdırır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->