Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun məhkəmə araşdırması tamamlanıb.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Elvin Cəfərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Cəfərov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaqla həbs edilib. Onun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib.
Şərhlər