Bakıda
kamança festivalı keçirilir.
Bunu
Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Milli Konservatoriyanın dosenti, kaman ifaçısı Elnur Əhmədov deyib.
Onun sözlərinə görə, sözügedən festival "Şuşa ili”nə həsr olunub:
"Festival
aprelin 25-də başlayıb və 27-nə kimi davam edəcək. Bu tədbir "Şuşa ili” çərçivəsində
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin şəxsi təşəbbüsü
ilə keçirilir. Festivalda hər gün 5 ifaçı çıxış edir və çox tanınmış kamança
ifaçıları qatılıb. Festival öz işini aprelin 28-də bitirəcək”.
Elnur
Əhmədov bildirib ki, aprelin 28-də Milli Konservatoriyanın zalında festivalın
yekun konserti keçiriləcək:
"Gələcəkdə
Siyavuş Kəriminin təşəbbüsü ilə digər musiqi alətlərinə həsr olunan
festivalların keçrilməsi nəzərdə tutulub. Məsələn, balaban, kanon və s. Bu tədbirlər
milli musiqi alətlərinin təbliği, inkişafı və dövlətimizin strategiyasıdır. Şəxsən
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bir başa Azərbaycan
musiqisinə olan diqqətidir”.
Elnur
Əhmədov qeyd edib ki, 2023-cü ildə bu festivallar Şuşada keçiriləcək.
Bahar
Rüstəmli
Şərhlər