Xəbər lenti

İdman 15:06 04.03.2024

2024-cü ilin "İdman səfirləri" müəyyənləşdi

Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.

Qurumdan verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda 2024-cü il üçün "İdman səfirləri” seçilib.
 
Fəridə Əzizova - taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya çempionu, U-21 Avropa çempionu, böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;

Aliyə Paşayeva - bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, əməkdar idman ustası;
 
İlqar Qurbanov - müxtəlif illərdə İstanbulun "Fənərbaxça”, Lənkəranın "Xəzər Lənkəran" futbol komandalarında, Türkiyənin gənclərdən ibarət milli komandasında və Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvü olub və hazırda futbol üzrə Azərbaycan milli komandasının skautudur;
 
Orxan Səfərov - 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında keçirilən dünya çempionatının bürünc və gümüş mükafatçısı, Avropa Oyunlarının gümüş medalçısı, böyüklər arasında Avropa çempionatının qızıl, gümüş və bürünc mükafatçısı, "Masters” yarışlarının müvafiq olaraq qızıl və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi;

Xəyyam Orucov - milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi. 

Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->