Xəbər lenti

38 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanıldı
Ölkə 15:33 11.02.2025

38 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Bakının müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların 38 min manatını və mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->