Xəbər lenti

7 fevral tədarükü, və yaxud siyasət oyunbazlarına bir-iki xatırlatma...
Siyasət 11:23 09.12.2023

7 fevral tədarükü, və yaxud siyasət oyunbazlarına bir-iki xatırlatma...

Məhəmməd ƏRSOY

Əslində, heç bir siyasi qərar hər hansı siyasi təşkilat üçün QƏFİL xarakterli hesab olunmamalıdır, oluna bilməz.

Bəziləri iddia edir ki, Prezident seçkiləri ilə bağlı verilən növbədənkənar qərar qəfil və gözlənilməz idi...

Guya bizim müxalifətin əlində nəsə vacib işi var idi... onları bu işdən ayırıblar və onlar əllərindəki vacib işi qoyub, seçkiyə alayarımçıq qoşulmaq zorundadırlar...

Zatən mahiyyətləri alayarımçıq olanlar illərdir bu ölkədə narazılıq atmosferinin parazitləri funksiyasını həyata keçirməkdədirlər.

Və bu gün də "gözləmirdik", "hakimiyyət məqsədli etdi" deyib bəhanələr gətirənlər bilməlidir ki, heç bir hakimiyyət (mahiyyət və xarakterindən asılı olmayaraq) özünün mövqelərinin zəif düşdüyü məqamda seçkiyə getmir, getməz... - Bu hər yerdə belədir!

İstənilən hakimiyyət qüvvəsi əlinin güclü olduğu dönəmdə bilək yarışına çıxır... - Bu hər zaman belədir!

Və istənilən siyasi qüvvə qatıldığı proseslərin hər formasına tədarüklü olmalıdır... - BU DA BELƏ OLMALIDIR!

İlham Əliyevin etdikləri anlaşılandır. Hakimiyyəti naminə məhz indiki dönəmdə - Qarabağ problemini TAM HƏLL ETDİKDƏN SONRA seçkilərə gedir ki, əlinin güclü olduğu məqamdan faydalana bilsin, zəhmətini (Qarabağın azadlığına onun zəhməti şəkksizdir) siyasi dividentə çevirə bilsin...

Odur ki, isti evində oturub xam xəyallar qurmaqla İlham Əliyevin hakimiyyəti onlara verəcəyini gözləyənlərin qəflət yuxusu halından heç ayılmamaları lazımdır....

Zatən, nə baş versə.... onlar "TƏDARÜKLÜ DEYİLDİK" deyib məsuliyyətdən qaçacaqlar. Çünki onların əsas problemi məsuliyyət altına girə bilməmələri və yaxud da məsuliyyətdən, nəyəsə məsul olmaqdan qaçmalarıdır...

Onlardan fərqli olaraq İlham Əliyev hətta nə ilə bitəcəyini dəqiq bilmədiyi (kimsə iddia edə bilməz ki, 44 günlük savaşın nəticələrini kimsə əvvəlindən bilirdi... bu iddia ilə ən azından bu millətin 44 gün müddətindəki əzm və qeyrətinə şübhə etmiş olarsınız ki, bu da ən böyük yanlışdır, daha dəqiqi ən böyük xəyanətdir) Qarabağın azadlığı uğrunda BÖYÜK SAVAŞ məsuliyyətini belə götürdü...

Fərq ortadadır, məncə...

Buna görə, 7 fevralın necə bitəcəyini indi söyləməyə qalxsaq, bu artıq hər kəsə aydındır...

Sabah da ciddi nələrinsə dəyişəcəyi gözlənilən deyil....

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->