Xəbər lenti

72 şəhid nəşinin içindən oğlu tapılan ana (VİDEO)
Video 23:11 22.09.2023

72 şəhid nəşinin içindən oğlu tapılan ana (VİDEO)

Birinci Qarabağ müharibəsinin şəhidi Vüqar Quliyev 1975-ci il martın 16-da Bakının Qaraçuxur qəsəbəsində dünyaya gəlib.

Hələ orta məktəbdə oxuyarkən könüllü cəbhəyə getmək üçün ərizə yazıb. Yaşı az olduğu üçün qəbul etməyiblər.

1993-cü il aprelin 22-də həqiqi hərbi xidmətə çağırılıb. Könüllü olaraq xüsusi təyinatlı qüvvəyə yazılıb. İki ay təlim keçdikdən sonra döyüşə atılıb.

İlk döyüş yolu Ağdamdan keçən Vüqar Şahbulaq yüksəkliyi uğrunda gedən döyüşlərdə düşməni ağır itkiyə məruz qoyub, döyüş yoldaşlarını mühasirədən çıxarıb. Döyüş bölgəsindəki dostları ona "Rembo” ləqəbi vermişdilər. Fəal iştirakına görə ona bölmə komandiri vəzifəsi verilmişdi.

V.Quliyev Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində şəhid olub.
Şəhidin anası Dilbər Quliyeva Vətən müharibəsində bu kənd işğaldan azad olunanda yaşadığı sevinci dilə gətirib:
"Çox sevindim. Hamı məni təbrik etdi. Balamın qolunun biri orada düşüb qalmışdı, qanı orada tökülmüşdü”.

Ətraflı Baku TV-nin süjetində:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->