Amerikalı milyarder İlon Mask 908 milyard dollarlıq sərvəti ilə "Forbes 400" siyahısında ardıcıl beşinci dəfə ABŞ-ın ən zəngin şəxsi seçilib.
Qaynarinfo "Forbes"ə istinadən xəbər verir ki, Maskın sərvəti son 12 ayda 480 milyard dollar artıb. Beləliklə, onun ümumi sərvəti 908 milyard dollara çatıb və əvvəlki ilin göstəricisindən iki dəfədən çox yüksəlib.
Mask üçün bu dövrün ən diqqətçəkən hadisələrindən biri "SpaceX"in iyun ayında həyata keçirdiyi ilkin kütləvi səhm təklifi olub. IPO-dan sonra milyarderin sərvəti qısa müddət ərzində 1,3 trilyon dollara yüksəlib.
Bu artımla Mask dünyanın ilk trilyoneri statusuna çatıb. Lakin sonrakı dəyişikliklər nəticəsində onun sərvəti yenidən 1 trilyon dollardan aşağı düşüb.
"Forbes 400" siyahısı ABŞ-ın ən varlı şəxslərinin illik reytinqidir. 2026-cı il siyahısında Mask 908 milyard dollarlıq sərvətlə ilk sırada qərarlaşıb.
Şəbnəm İbrahimxəlilova
Şərhlər