Məhbusların mübadiləsi danışıqları fonunda ABŞ və İran bəzi məsələlərdə kompromis əldə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” rəsmilərə istinadən
yazır.
Onların fikrincə, ABŞ İranın neft yüklərini müsadirə etməkdən imtina edir və İran Fars körfəzində xarici tankerlərin təqibini dayandıracaq.
WSJ-nin məlumatına görə, İran və ABŞ danışıqlarda gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə razılaşıblar. Rəsmilərin qeyd etdiyi kimi, Vaşinqtonun qəbul etdiyi kompromislər sanksiyalardan uzaqlaşmaq üçün böyük bir addımdır.
İran məhbus mübadiləsi sazişi çərçivəsində sentyabrın 18-də beş ABŞ vətəndaşını azad edib. Mübadilədən əvvəl ABŞ vətəndaşları Tehrandakı siyasi məhbuslar üçün "Evin” həbsxanasından ev dustaqlığına keçirilib, sonra isə Tehrandakı bir neçə oteldə yerləşdirilib. ABŞ isə öz növbəsində beş İran vətəndaşını azad edib.
Razılaşmanın şərtlərinə əsasən, 2018-ci ildən Cənubi Koreyada dondurulmuş İranın 6 milyard dollarlıq aktivi mübadilədə vasitəçi kimi çıxış edən Qətərə göndərilib. The Guardian yazıb ki, respublikaçılar və bir neçə keçmiş iranlı siyasi məhbus ABŞ prezidenti Co Baydeni "1 nömrəli terror dövləti” ilə belə bir razılaşmaya görə ittiham ediblər.
Nizami Bağırov
Şərhlər