Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti oyunu keçirib.
	
Qaynarinfo-nun məlumatına görə, 28 yaşlı qrossmeyster 12-ci turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə 0:1 hesabı ilə məğlub olub. Təmsilçimiz ağ fiqurlarla oynayıb.
 
	
Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla, rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.
	
Səbuhi Həsənov
             
            
Şərhlər