Azərbaycan hökuməti 2018-ci ildə Cənubi Qafqazda insan, pul
və materialların yerdəyişməsi ilə məşğul olan terror qruplaşmalarının səylərinin
qarşısını almaq, onları aşkarlamaq, qarşısını almaq üzərində fəal işləyib.
"Report" ABŞ Dövlət Departamentinin saytına
istinadən xəbər verir ki, bu fikirlər Dövlət Departamentinin ayrı-ayrı ölkələrin
terrorla mübarizədə gördüyü tədbirlər barədə yaydığı hesabatda yer alıb.
Hesabatın Azərbaycana dair "2018 Terrorist Incidents:
There were no reported terrorist incidents in Azerbaijan in 2018" hissəsində
respublikamızın terrorçuluğa qarşı fəal mübarizə apardığı bildirilir.
"Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik
xidmətləri terror aktlarının qarşısının alınması ilə bağlı əməliyyatlar
keçirib, terrorçuluqda şübhəli bilinənləri həbs edib, həmçinin Azərbaycandan
xaricdəki terror qruplaşmalarının tərkibində döyüşənləri, terror
qruplaşmalarına qoşulmaqda, maliyyə yardımı etməkdə şübhəli bilinənləri (xaricdən
ölkəyə qayıdanları - red) məsuliyyətə cəlb
edib", - deyə sənəddə qeyd olunur.
ABŞ Dövlət Departamenti Azərbaycanda sabitliyin mövcud
olduğunu xüsusi olaraq qeyd edib:
"2018-ci il Azərbaycanda terror aktı qeydə alınmayıb.
Ötən il Azərbaycanda 2018-ci ildə maliyyə tranzaksiyalarına
nəzarət üçün hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi ilə
bağlı qanunvericiliyə düzəliş edilib, hansılar ki, hökumətin fikrincə,
terrorçuluğun maliyyələşdirilməsində istifadə oluna bilər.
Azərbaycanın təhlükəsizlik xidməti və hüquq-mühafizə
orqanları ölkə ərazisində terror aktlarının qarşısını almaq, aşkarlamaq
qabiliyyətini kifayət qədər nümayiş etdirib. Terrorçuluqla mübarizə üçün məsuliyyət
bir neçə dövlət orqanının üzərinə düşür.
Azərbaycanın Daxili İşlər Nazirliyi əsas hüquq-mühafizə
orqanıdır və onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə nazirliyin
antiterrorizm səylərinə rəhbərlik etmək həvalə olunub.
Azərbaycan terrorçuların və cinayətkarların siyahılarından,
o cümlərdən limanlara giriş zamanı bioqrafiklər/biometrik yoxlamalardan istifadə
edib. Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri öz
aralarında, həmçinin regional və beynəlxalq partnyorlarla informsiya mübadiləsi
aparır".
Qeyd edək ki, hesabatda Azərbaycanın ayrı-ayrı dövlət
orqanları, onların strukturu barədə məlumat verilir.
"Mətbuatın məlumatına görə, noyabrın 23-də (2018-ci il
- red) Suriyadakı terrorçuları maliyyələşdirməkdə şübhəli bilinən 3 nəfər -
İlqar Ağayev, Sahil İbrahimov və Namiq Məmmədov həbs ediliblər", - deyə sənəddə
əlavə olunur.
Dövlət Departamentinin hesabatında eləcə də Azərbaycanın
Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq
qurumların üzvü olduğu, NATO-nun antiterror təşəbbüslərini alyansın "Sülh
naminə tərəfdaşlıq"” proqramına üzv ölkə qismində dəstək verdiyi
bildirilir. Vurğulanır ki, Azərbaycan NATO-nun Əfqanıstandakı "Qətiyyətli
dəstək" missiyası çərçivəsində bu ölkəyə sülhməramlılarını göndərib və
Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianə verib.
Hesabatda Azərbaycanın terrorçuluğa qarşı mübarizə, təhlükəsizlik
məsələləri üzrə məsul olan dövlət orqanlarının funksiyasına, görülən digər işlərə
də toxunulub.
Hesabatda bəzi ölkələr barədə tənqidi fikirlər
yer alıb. Buna görə bir sıra dövlətlər sənədə etiraz bildiriblər.
Şərhlər