ABŞ-da 17 illik fasilədən sonra 28 avqusta qədər fərqli günlərdə edam ediləcək olan 4 federal məhkumdan birinin cəzası icra edilib.
Qaynarinfo xəbər verir ki, məhkum Daniel Levis Li zəhərli iynə ilə ödürülüb. O, 1996-cı ildə aralarında 8 yaşlı bir uşağın da olduğu 3 nəfərlik ailəni öldürməkdə ittiham olunurdu. Edam zamanı Levis "Siz günahsız bir adamı öldürürsünüz" ifadəsini işlədib:
"Mən bunu etmədim. Həyatımda çox səhv etdim, amma qatil deyiləm".
Digər tərəfdən qurbanların yaxınları edamı dəstəkləmədiklərini ifadə edərək, bunun yerinə ömürlük həbs cəzası çəkməsinin tərəfdarı olduqlarını bildiriblər.
Camal
Şərhlər