Xəbər lenti

WSJ: Seçkidə Co Baydeni o əvəz edə bilər
Dünya 18:10 02.07.2024

WSJ: Seçkidə Co Baydeni o əvəz edə bilər

Co Bayden qarşıdan gələn seçkilərdə iştirakdan imtina etdiyi təqdirdə Demokratlar Partiyası ABŞ-ın vitse-prezidenti Kamala Harrisi onun ən çox ehtimal olunan əvəzedicisi kimi görür.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "Wall Street Journal” qəzeti seçki kampaniyasının sponsorlarına istinadən yazır.

Nəşrin yazdığına görə, prezident Donald Trampla uğursuz debatdan sonra da seçki yarışını tərk etməyə meyilli deyil. Kamala Harrisin reytinqinin Co Baydeninki qədər aşağı olmasına baxmayaraq, partiya artıq alternativ variantları nəzərdən keçirir. WSJ-nin fevral ayında keçirilən sorğusunda respondentlərin yalnız 36%-i Harrisə müsbət, 56%-i isə mənfi fikir bildirib. Eyni zamanda, vitse-prezident demokratlar, xüsusən də qadınlar və qaradərili seçicilər arasında populyardır.

Harrisdən başqa, Demokratlar partiyası Kaliforniya qubernatoru Qevin Nyusom, Miçiqan qubernatoru Qretxen Uitmer, Pensilvaniya qubernatoru Coş Şapiro, Merilend qubernatoru Ues Mur, Corciyadan olan senator Rafael Uornok və Minnesota ştatıdan Emi Klobuşarı Baydenin potensial əvəzedicisi kimi görür. 

Trampla debatlardan sonra Harris hazırkı prezidentin ən qatı müdafiəçisilərindən olub. Demokratlar arasında yayılan çaxnaşmanı azaltmaq üçün bir neçə müsahibə verib. O, həmçinin seçki kampamiyası donorlarından, seçicilərdən və məşhurlardan Co Baydeni debat performansına deyil, nailiyyətlərinə görə mühakimə etməyi xahiş edib. 

Seçki yarışının teledebatlarının birinci mərhələsi iyunun 28-də CNN telekanalında baş tutub. Kanala baxanların 67%-i Donald Trampa üstünlük verib. Bunun ardınca demokratların donorları, britaniyalı nazirlər, Amerika mediası və kampaniya donorları Co Baydendən seçkidən namizədliyini geri götürməsini xahiş ediblər. Eyni zamanda, CNN-in məlumatına görə, hazırkı prezidentin ailəsi onu bunun əksinə inandırır.

Nizami Bağırov




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->