Xəbər lenti

Norveçdə Çinə casusluqda şübhəli bilinən şəxs saxlanıldı
Dünya 19:15 02.07.2024

Norveçdə Çinə casusluqda şübhəli bilinən şəxs saxlanıldı

Norveçdə Çinin maraqları naminə kəşfiyyat fəaliyyətində şübhəli bilinən ölkə vətəndaşı saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Norveç Təhlükəsizlik Xidməti (PST) bildirib ki, saxlanılan şəxs dövlət sirlərinə qarşı ciddi kəşfiyyat fəaliyyətində şübhəli bilinərək Cinayət Məcəlləsinin 122 və 126-cı maddə ilə ittiham edilib. 

Artıq çərşənbə axşamı Oslo məhkəməsi saxlanılan üçün həbs qətimkan tədbiri seçməlidir.

Vəkil bildirir ki, müvəkkili Çinin maraqlarına xidmət etdiyini inkar edir və ittihamları qəbul etmir.

Məlum olduğu kimi, ilk dəfədir ki, bir Norveç vətəndaşı bu cür şübhələrlə saxlanılır.

PST 2024-cü il üçün proqnozlarında Çini Norveçin maraqlarına qarşı əsas aparıcı kəşfiyyat təhlükəsi kimi müəyyənləşdirib, belə ki, Çin təchizat zəncirləri üzərində nəzarəti artırmağa və Arktikada nüfuz qazanmağa çalışır.

PST güman edir ki, Çin də Rusiya kimi, ilk növbədə kiber əməliyyatlar və agentlərin cəlb edilməsi yolu ilə qabaqcıl Norveç texnologiyasını əldə etmək cəhdlərinə əl atacaq. Xüsusilə Norveç sahillərində üzən Çin konteyner və digər mülki gəmilərinin casusluq işi ilə məşğul ola biləcəyi ehtimal edilib.

Çin səfirliyi daha sonra bu cür qiymətləndirmələri rədd edib və bunun ölkələr arasında "normal əməkdaşlığa ləkə vurduğunu" söyləyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->