Xəbər lenti

Müxalif qazax blogerinə sui-qəsddə şübhəli bilinənlər Moldova vasitəsi ilə qaçıblar
Dünya 17:42 02.07.2024

Müxalif qazax blogerinə sui-qəsddə şübhəli bilinənlər Moldova vasitəsi ilə qaçıblar

Qazaxıstanlı müxalifətçi bloqqerin qətlində şübhəli bilinən iki Qazaxıstan vətəndaşı Altay Jakanbayev və Meyram Karatayev iyunun 18-də Palanka gömrük məntəqəsindən Moldovaya daxil olublar. Onlar iyunun 19-da saat 01:20-də Kişinyovdan Antalyaya (Türkiyə) təyyarə ilə Moldovanı tərk ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Moldova: Actually” nəşri sərhəd xidmətindəki mənbələrə istinadən yazır.
Nəşr şübhəlilərin fotoşəkillərini də dərc edib.

Son məlumatlara görə, Jakanbayev iyunun 21-də Qazaxıstan hüquq-mühafizə orqanlarına təslim olub. Karatayevin harada olduğu hələlik məlum deyil.
Bu gün səhər saatlarında məlum olub ki, Qazaxıstanın müxalif "Baza” xəbər kanalının müəllifi, sui-qəsd nəticəsində yaralanan Aydos Sadıqov Kiyev xəstəxanasında dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı Natalya Sadıqova məlumat verib. O, ərinin ölümündə Qazaxıstan prezidentini günahlandırır:
"Aydos Sadıqov bu gün Kiyev vaxtı ilə saat 3:00-da bizi tərk etdi. Mənim sevimli ərim, üç övladımızın atası, qazax xalqının böyük oğlu. Aydos Qazaxıstan üçün canını verdi, qatillərin əlində şəhid oldu. Aydos on üç gün reanimasiyada həyat uğrunda mübarizə aparsa da, heç bir möcüzə baş vermədi. Onun ölümü Tokayevin vicdanındadır”.

Sadıqova iyunun 18-də hücum edilib. Sui-qəsd cəhdində Qazaxıstan vətəndaşları Altay Jakanbayev və Meyram Karatayev şübhəli bilinir. İstintaqın məlumatına görə, onlar iyunun 2-də Kiyevə gəliblər və orada müxtəlif ünvanlarda kirayə mənzillər götürüblər - xüsusən də mənzillərdən biri Sadıqovun yaşayış yerinin yaxınlığında bron edilib. İyunun 6-da Jakanbayev nəzarət üçün "Opel Vectra” markalı avtomobil alıb. Karatayev və Jakanbayev Sadıqovun gündəlik cədvəlini də öyrəniblər. Baş Prokurorluğun məlumatına görə, aui-qəsd edilən gün Karatayev "sürücü oturacağı tərəfindən avtomobilə yaxınlaşaraq Sadıqovun başına bir atəş açıb”. Bundan sonra Karatayev və Jakanbayev aradan çıxıblar və tapançanı Kiyev zooparkının ərazisindəki hasarın yanına atılblar. Sadıqovun sui-qəsddən sonrakı vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilib. Həyat yoldaşı onun dərin komada olduğunu bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->