Xəbər lenti

AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub etdi
İdman 22:10 02.07.2024

AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub etdi

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.


Qaynarinfo xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.


Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.


1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->