Xəbər lenti

İmişlidə işıqlar hər gün eyni saatda niyə sönür?
Ölkə 21:34 02.07.2024

İmişlidə işıqlar hər gün eyni saatda niyə sönür?

Son günlər İmişli rayon Bəhrəmtəpə qəsəbə sakinləri elektrik enerjisinin verilməsində yaranan problemlərdən narazıdırlar.


Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri şikayətləniblər.


Onların sözlərinə görə, enerji kəsintisinə hər gün saat 11:00-13:00 radələrində rast gəlinir. Qəsəbə sakinləri bildiriblər ki, artıq xeyli müddətdir ki, bu problem davam edir və elektrik enerjisinin kəsintisi onları təngə gətirir.


Məsələ ilə bağlı "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu qeyd edib ki, problem iki günə həllini tapacaq:


"Hazırda qəsəbə ərazisində elektrik xətlərində gücləndirmə işləri aparılır. Artıq işlər yekunlaşmaq üzrədir. İki günə problem həll ediləcək", - deyə qurum rəsmisi əlavə edib.




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->