Xəbər lenti

Əməkdar artist ölkədən getdi
Sənət 17:19 02.07.2024

Əməkdar artist ölkədən getdi

Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Teatrının baş rejissoru Sərvər Əliyev ölkədən gedib.

Bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib. 

Rejissor işindən ayrılması ilə bağlı mədəniyyət nazirinə rəsmi ərizə ilə müraciət edib:

"Mən artıq Dərbənd Azərbaycan Dram Teatrının baş rejissoru vəzifəsində çalışıram. 21 iyundan işdən getməyim üçün ərizəmi Mədəniyyət Nazirliyinə göndərmişəm. Daha orda işləmək haqqında düşünmürəm".

"Sizi Azərbaycandan küsdürən səbəb nə olub" sualına Sərvər Əliyevin cavabı belə olub:

"Çox şey. Açıqlama verəcəm".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->