Müxtəlif peşə sahiblərinə sərfəli fərdi maliyyə həlləri təklif edən AccessBank, səhiyyə və təhsil işçiləri üçün eksklüziv kampaniyaya start verir.
2 sentyabr - 30 noyabr tarixləri aralığında bu sahələrin əməkdaşları istehlak kreditləri üzrə faiz dərəcələrinə 7%-dək endirimdən yararlana bilərlər. Xüsusi təklif 6 aydan 48 ayadək çevik ödəniş müddəti ilə 40 000 AZN-ə qədər olan istehlak kreditlərinə şamil edilir.
Bu təşəbbüs AccessBank-ın ictimai rifaha töhfə verən səhiyyə və təhsil sahələrinə dəstəyinin bir hissəsidir. Kampaniya bu sahələrin əməkdaşlarına şəxsi məqsədlərinə çatmaqda maliyyə dəstəyi verməyi hədəfləyir.
Əlavə məlumat üçün AccessBank-ın filiallarına müraciət edə və ya onlayn formada müraciət edə bilərsiniz:
https://bit.ly/3z9U1n7
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir:
http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (
Facebook,
Instagram,
LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər