Oman dənizində, Pakistanın Qvadar şəhəri yaxınlığında yerləşən "Zalzala Koh" adası yoxa çıxıb.
Qaynarinfo xəbər verir ki, Bəlucistan və Sindh əyalətlərində 7,7 ballıq zəlzələdən sonra uzunluğu 40, hündürlüyü 20 m olan oval ada yaranmışdı. NASA-nın peyk görüntülərində palçıq vulkanı əsasında yaranan adanın yoxa çıxdığı müəyyənləşib.
Qeyd edək ki, palçıq əsasında yaranan bu tip adalar əsasən 6 il ərzində yoxa çıxırlar. Pakistanda zəlzələlərdən sonra yaranan adalara əvvəllər də rast gəlinib.
Gülşən
Şərhlər