Xəbər lenti

Ölkə 10:12 01.10.2022

Ali Məhkəmə "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv etdi

Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib.

"Report” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub: "Məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->