Dünya 17:27 07.02.2023

Ali Rada Ukraynada hərbi vəziyyət və səfərbərliyi uzatdı

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini daha 90 gün uzadıb. 

Qaynarinfo "Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, hərbi vəziyyət 2023-cü il fevralın 19-dan uzadılacaq və daha 90 gün davam edəcək. 

Bu, 24 fevral 2022-ci ildən Ukraynada hərbi vəziyyətin və səfərbərliyin altıncı uzadılması qərarıdır. Ukrayna prezidenti Volodimir Zelenski hərbi vəziyyətin növbəti uzadılması ilə bağlı qanun layihəsini dünən, fevralın 6-da Radaya təqdim edib. 

Ölkə qanunvericiliyinə əsasən, hərbi vəziyyət komendant saatı, gediş-gəlişin məhdudlaşdırılması, hərbi xidmət keçməli olanların yaşayış yerini dəyişməsinə qadağa, o cümlədən rabitə və internetin fəaliyyətinə məhdudiyyətlər nəzərdə tutur.

Nizami Bağırov