Xəbər lenti

Alim Qasımov nazirin rəqsindən danışdı:
Ölkə 14:22 13.07.2022

Alim Qasımov nazirin rəqsindən danışdı: "Elə bil öz balasının toyunda oynayırdı"

"Elə bil, öz balasının toyunda oynayırdı. Onun toyda olmasına çox sevindim”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artsiti, xanəndə Alim Qasımov Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində keçirilən toy mərasimində iştırak edən təhsil naziri Emin Əmrullayevin rəqsindən danışarkən deyib. Xanəndə şikəst, imkansız uşaqlara dövlət dəstəyinin vacib olduğunu vurğulayıb:

"Şikəst uşaqların toyu idi, bizi də dəvət etdilər, getmişdim, belə yerlərdən qalmaq olmaz. Yüksək səviyyədə bir toy məclisi oldu. Bu, birbaşa Allaha xoş gedən əməldir, imtahanımızdır. Allah hamımızı həmin imtahandan yaxşı keçirsin. Əlsiz-ayaqsız, imkansız insanlara mütləq kömək etmək lazımdır ki, Allaha da xoş getsin”.
 


Alim Qasımov belə məclisləri savab əməllərdən hesab edir: "Allah onları oğullu-qızlı eləsin ki, uşaqarı yardımçıları olsun”.

Qeyd edək ki, Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib. Orada təhsil alan iki sağlamlıq imkanları məhdud gənc ailə həyatı qurub.

Toyda ictimaiyyət və incəsənət nümayəndələri ilə yanaşı, təhsil naziri Emin Əmrullayev də iştirak edib. Toyda Xalq artistləri Alim Qasımov, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Tahir və Cabir İmanov, Ruhəngiz Allahverdiyeva, Səlim Abbasov, müğənni Rüfət Axundov, aparıcı Hacı Nuran Hüseynov və başqaları yer alıblar. 
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->