Akademik Milli Dram Teatrının aktyoru Corc Qafarov sosial şəbəkə izləyicilərinin bəzi fikirlərinə sərt reaksiya verib.
Qaynarinfo xəbər verir ki, buna səbəb aktyorun ünvanına “yetim” sözünün işlədilməsi olub. Corc Qafarov “yetim” əvəzinə “valideyn himayəsindən məhrum olmuş uşaq” ifadəsinin işlədilməsinin daha doğru olduğunu bildirib.
Aktyor sosial şəbəkədəki paylaşımında yazıb:
“Müzakirə etdiyiniz ailələrin hamısı xoşbəxtdir, uğurludur, işıqlıdır və yolları açıqdır. Həmin ailələr yardım edib, bəs siz? Sonuncu dəfə uşaq evinə nə vaxt baş çəkmisiniz? Boş danışıb yorulmayın, rəqs edib yorulun”.
Corc Qafarov ona “yetim” deyənlərə də mesaj ünvanlayıb:
“Mənim sözüm yoxdur, ayıb olsun”.
Qeyd edək ki, Corc Qafarov bu günlərdə nişanlanıb. Aktyorun nişan mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bahar Rüstəmli
Şərhlər