Xəbər lenti

19 gün sonra atası da vəfat etdi (FOTO)
Ölkə11:06 05.09.2026

19 gün sonra atası da vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bərdə Rayon Təhsil Sektorunun mərhum müdiri Nicat İsmayılovun ailəsində daha bir itki baş verib.

Qaynarinfo xəbər verir ki, Nicat İsmayılovun atası Əli İsmayılov sentyabrın 4-də vəfat edib.

Məlumata görə, Bərdə şəhərində yaşayan Əli İsmayılov sentyabrın 4-də saat 21:00 radələrində dünyasını dəyişib. O, oğlunun vəfatından cəmi 19 gün sonra həyatını itirib.

Xatırladaq ki, Bərdə Rayon Təhsil Sektorunun müdiri Nicat İsmayılov avqustun 16-da qəfil vəfat edib. Yayılan məlumatlara görə, 41 yaşlı Nicat İsmayılov ürəktutması nəticəsində dünyasını dəyişib.

Beləliklə, İsmayılovlar ailəsi 19 gün ərzində iki ağır itki ilə üzləşib.