Dünya 15:55 28.11.2022

Almaniya Aİ-nin genişlənməsinə yalnız bu halda razılaşacaq

Almaniya yeni dövlətlərin Aİ-yə daxil olmasına yalnız o halda razılaşacaq ki, bu proses blokun fəaliyyət imkanlarına xələl gəlməməsi üçün Avropa İttifaqının islahatı ilə müşayiət olunsun.

Qaynarinfo EURACTIV-ə istinadən xəbər verir ki, bunu Federal Dəftərxanasının dövlət katibi və Kansler Olaf Şoltsun baş müşaviri Yorq Kukis deyib

Kukisin fikrincə, Aİ islahatının uğuru "nə qədər səylə danışıqlar aparmağımızdan” və "yalnız institusional islahatlar olarsa, genişlənməyə icazə verəcəyimizi nə qədər aydın şəkildə bildirməyimizdən” asılı olacaq.

"Almaniya hökuməti olaraq bu barədə çox aydın mövqeyimiz var və cavabımız budur ki, bizim institusional islahatlara ehtiyacımız var. Ən azı genişlənmə ilə eyni vaxtda”, - o əlavə edib.

Nizami Bağırov