Aktrisa Sonaxanım Əliyeva anasından imtina edib.
Aktrisa bu haqda "7 canlı" verilişində danışıb. Sonaxanım valideynindən çox pisliklər gördüyünü və ömrünün sonuna kimi onu bağışlamayacağını bildirib:
"Anamla küsülü deyiləm. Nankor övlad da olmamışam. Amma o insan artıq mənim üçün yoxdur. Övlad anasına nankorluq etsə, bu, qəbul edilə bilər. Amma ana bunu etsə, bu, bağışlanmazdır.
Əgər ana övladını dünyaya gətirib, ona əzab-əziyyət verib, nifrət dolu addım atırsa, bu, heç vaxt bağışlanmaz. Mən analı yetiməm. Sadəcə illər keçdikcə hər şeyi uddum"./BAKU.WS
<iframe src="https://baku.ws/video2/v.php?v=1851997" width="640" height="360">
Şərhlər