Xəbər lenti

Aqil Abbas:
Ölkə 17:18 13.06.2024

Aqil Abbas: "Əmim qızını sevirəmsə, molla kəbini ilə evlənəcəm"

"Qanuna təklif edilən dəyişiliklər insan haqlarının pozulmasıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas Azərbaycanda qan qohumlarının nikaha daxil olmasının qadağan edilməsi ilə bağlı təklif edilən layihədən danışarkən deyib. 

Deputat həmişə yaxın qohumların biri-biri ilə evlənməsinin əleyhinə olduğunu xatırladıb: 

"İnsanlar çalışmalıdırlar ki, yaxın qohumları ilə evlənməsinlər. Bunu hər şey - elm, tibb, səhiyyə də sübut edib. Amma kimə deyirsən? Bu evlilikdən sonra ailələrdə dünyaya gələn uşaqlarda problemlər olduğundan bunu qadağan etmək istəyir. Amma qadağa ilə iş bitmir. Bu, birbaşa insan haqlarının pozulmasıdır".

Deputat bu qərardan sonra dini kəbinlə evlələnlərin sayının artacağını vurğulayıb:

"Necə yəni? Mən əmim qızını sevirəm və onunla ailə quracağamm. İstəyirsinizsə, 100 belə qadağa qoyun, 100 qərar verin. Molla kəbini ilə evlənəcəm, vəssalam".

Qeyd edək ki, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->