Xəbər lenti

AVİCOM MMC və Türkiyənin ADEO şirkəti Kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başladı  (FOTOLAR)
Ekonomiks 13:59 22.08.2022

AVİCOM MMC və Türkiyənin ADEO şirkəti Kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başladı  (FOTOLAR)

17 avqust 2022-ci il tarixində "Fairmont Baku” otelində AVICOM şirkəti tərəfindən kibertəhlükəsizlik mövzusuna həsr olunmuş "Next Generation Cyber Security" adlı  tədbir keçirilib. Tədbirdə qardaş Türkiyə dövlətinin ən qabaqcıl kibertəhlükəsizlik xidmətləri təqdim edən ADEO şirkəti dəvət olunub.

Tədbir iştirakçılarına AVICOM və ADEO şirkətləri  arasında strateji əməkdaşlıq haqqında məlumat verilib.

Çıxış edənlər AVICOM şirkətinin baş direktoru Rəşad Nəsirov və Kibertəhlükəsizlik üzrə konsultantı Samir Nuriyev, ADEO şirkətinin təsisçisi Korhan Ergönül və Texniki direktoru  Melih Özhan,  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, BİSA MMC-nin direktoru İlqar Əliyev mövcud rəqəmsal risklər və onlara qarşı mübarizə üsulları barədə qonaqları məlumatlandırıb və ətraflı fikir mübadiləsi aparıblar. 

Tədbirdə çox sayda dövlət qurumlarından və özəl müəssisələrdən Kibertəhlükəsizlik üzrə mütəxəssislər iştirak edərək maraqlı müzakirələr aparıblar.
Kibertəhlükısizlik üzər mütəxəssislərin toplandığı tədbirdə dünyada və regionumuzda mövcud rəqəmsal risklər haqqında, həmçinin dünyada  və ölkəmizdə Kibertəhlükəsizlik trendləri  və müxtəlif statistik məlumatlar paylaşılıb. Kibertəhlüksizliyi təmin etmək üçün MSSP, MDR biznes və servis modelləri  haqqında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış "AVİCOM” MMC İKT bazarında müasir xidmətlər və həllər təqdim edən aparıcı şirkətlərdən biridir. AVİCOM dünyanın bir çox qabaqcıl istehsalçılarının rəsmi tərəfdaşıdır (ətraflı www.avicom.az saytında). AVICOM həm özəl, həm də dövlət qurumlarında müasir informasiya texnologiyalarından istifadə etməklə bir sıra irimiqyaslı layihələr həyata keçirir. 

Tezliklə AVİCOM MMC, ADEO şirkətinin Türkiyədə baş tutan tədris-təcrübə proqramına qoşularaq ölkəmizdə peşəkar Kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində beynəlxalq səviyyədə təlim proqramlarının təşkil olunacağı bildirilib. Bununla bağlı məlumat almaq üçün mütəmadi olaraq AVİCOM şirkətinin web səhifəsini və sosial media paylaşımlarını izləyin.  

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib. 
 


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->