Xəbər lenti

Bayramdan sonra ilk dərs gününün tarixi açıqlandı
Ölkə17:15 26.03.2025

Bayramdan sonra ilk dərs gününün tarixi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qərara görə, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək.
Bu dəyişikliklər tədris prosesindəki tətillərin və bayram günlərinin nəzərə alınması məqsədilə həyata keçirilib.